• cümə, 26 Aprel, 08:16
  • Baku Bakı 12°C

Təmayül siniflər üçün fənn kurikulumları təsdiqlənib

21.05.22 13:30 623
Təmayül siniflər üçün fənn kurikulumları təsdiqlənib

Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün 7 istiqamət üzrə 8 profil fənninin (Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya) kurikulumları Təhsil İnstitutu tərəfindən hazırlanıb və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilib.

Bu barədə institutdan bildirilib. Qeyd edilib ki, təmayül sinifləri şagirdlərin meyil və maraqları, potensial imkanları nəzərə alınmaqla təşkil olunur. Bu siniflərdə təhsilalanlara seçdikləri istiqamət üzrə daha dərin bilik və bacarıqların mənimsədilməsi nəzərə tutulur. Hər bir təmayül fənninin məzmunu şagirdlərin həmin fənn üzrə bilik səviyyəsinin, dünyagörüşünün genişlənməsinə, kommunikativ, idraki, sosial və digər həyati bacarıqların təkmilləşdirilməsinə xidmət edir.

Təmayül siniflər üçün fənn kurikulumlarını linkdən əldə etmək olar.

banner

Oxşar Xəbərlər