AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir

Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir

Cəmiyyət
18 May 2021, 11:00 331
Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının da cəlb olunduğu təlimlər davam edir.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır.
PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.