• cümə axşamı, 25 aprel, 07:34
  • Baku Bakı 14°C

Teledərslərin sabaha olan cədvəli açıqlandı

27.05.20 16:05 457
Teledərslərin sabaha olan cədvəli açıqlandı
"Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı” verilişinin mayın 28-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
"Report" xəbər verir ki, Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi "Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş" telekanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
"Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda " Təhsil" televiziyasının "Facebook" səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
banner

Oxşar Xəbərlər