Tələbələrlə görüş keçirilib
Bu gün "Veysəloğlu
Akademiya”da Şirkətlər Qrupunun əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək
balla qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi
arasında növbəti görüş keçirilib.Görüşdə şirkət rəhbərliyi yüksək bal
toplayıb ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul
olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər
əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı vətəndaş
olmağı arzulayıb.
Qeyd edək ki,
"Veysəloğlu” şirkətinin 37 nəfər əməkdaşının övladı 2018-2019 tədris ili üçün
ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək ölkəmizin və
xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olublar. Onlar əldə etdikləri
yüksək nəticəyə görə "Veysəloğlu Tələbə Təqaüd Proqramı”nın (VTTP) iştirakçısı
olmağa haqq qazanıb. Belə ki, şirkət əməkdaşlarının ali məktəblərə qəbul
imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600
bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcəkdir. Bundan
başqa, 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.
Xatırladaq ki,
"Veysəloğlu” Şirkətlər Qrupu 2012-ci ildən etibarən "Veysəloğlu Tələbə Təqaüd
Proqramı”nı həyata keçirməkdədir. Təqaüd proqramına əsasən ümumilikdə 100-ə
yaxın şirkət əməkdaşının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul
olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və birdəfəlik təqaüdlər ödənilir.