• cümə, 29 Mart, 02:24
  • Baku Bakı 7°C

Tələbələrin daha yaxşı oxuması üçün yeni stimul

15.02.19 15:38 655
Tələbələrin daha yaxşı oxuması üçün yeni stimul
"Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin artırılması ilə bağlı imzaladığı sərəncam gənclərin təhsilinin inkişafına daha bir töhfə, tələbələrin təhsillərinin keyfiyyətini artırmalarına, onların daha yaxşı oxumalarına yeni stimul olacaq”.
Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin parlaq gələcəyimizə hesablanan uğurlu siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyev elmə, təhsilə qayğını ilk gündən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Deputatın deyib ki, ölkəmizin xoşbəxt gələcəyinə hesablanan təhsilə olan dövlət qayğısı daim diqqət mərkəzində saxlanılıb: "Ölkə başçısının - "İnsanlarımız, gənclərimiz elə bilik almalıdırlar ki, ən yüksək vəzifələrdə çalışa bilsinlər, biz Azərbaycanı irəliyə aparaq” - sözləri, təhsil sahəsinə ayrılan diqqət və qayğının müasir Azərbaycanın inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olduğunun təsdiqidir. Eyni zamanda ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, imzalanan fərman və sərəncamlar bunu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə yanaşı, insan kapitalının daha da inkişaf etdirilməsini dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edib. Son 15 ildə əhalinin sosial rifahının yaxşılaşdırılması, pensiyaların artırılması kimi bir-birini tamamlayan davamlı tədbirlər, elm və təhsil arxasınca gedən gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində verilən strateji qərarlar bir daha təsdiq edir ki, hədəf müstəqil Azərbaycanın parlaq gələcəyini təmin etməkdir”.
banner

Oxşar Xəbərlər