• cümə, 19 Aprel, 09:19
  • Baku Bakı 13°C

Təlafər şəhərinin böyük hissəsi İŞİD-dən azad edilib, şəhərdə İraqın bayrağı qaldırılıb

26.08.17 16:30 618
Təlafər şəhərinin böyük hissəsi İŞİD-dən azad edilib, şəhərdə İraqın bayrağı qaldırılıb
İraqın Təlafər şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatı davam edir.
APA-nın "Milliyet”-ə istinadən verdiyi xəbərə görə, döyüşlər nəticəsində şəhərin əksər hissəsi terrorçulardan təmizlənib. Strateji məntəqə olan Təlafər qalası da terrorçulardan azad edilib və qalayaİraqbayrağı asılıb.
Əməliyyata rəhbərlik edən general-leytenant Abduləmir Yarullah qala ilə yanaşı, Təlafər bağlarının da terrorçulardan təmizləndiyini açıqlayıb.
Suriyailə sərhəddə yerləşən Təlafər İŞİD-in İraqda sonuncu əsas dayağı sayılır. Şəhərin azad edilməsi üçün əməliyyatlara avqustun 20-də başlanılıb.
Hərbçilər Qurban bayramına - sentyabrın 1-dək Təlafəri terrorçulardan tam təmizləməyi planlaşdırırlar.
banner

Oxşar Xəbərlər