• şənbə, 20 Aprel, 14:59
  • Baku Bakı 23°C

Təhsilin növbəti pilləsində fənlərin sayı azaldılarsa...

24.09.19 09:00 1127
Təhsilin növbəti pilləsində fənlərin sayı azaldılarsa...
Təhsilin təmayüllər üzrə təşkili, ixtisasa uyğun fənlərin azaldılması ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan ciddi addımlardan biri kimi qiymətləndirilir. Tamortatəhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili hələ 2009-cu ildə qəbulolunmuş"Təhsil haqqında” qanunundatəsbitedilsə də, prosesin həyata keçirilməsinə son illər pilot layihə və eksperiment olaraq başlanıb. Belə ki, müvafiqfənləri əhatə edən təhsil sahələri üzrəbilikvə bacarıq səviyyəsi ilə fərqlənən şagirdlərinpotensialimkanlarının,meylvə maraqlarının reallaşmasına, onlarınümumiinkişafına əhəmiyyətli dərəcədə təsir göstərəntəmayülləşmə prosesi artıq ilkin "imtahan”dan çıxaraq təhsil sahəsinə vəsiqə qazanıb. Pilot layihələrin həyata keçirilməsindən sonra yaranan ilkin rəylər - tamortatəhsil səviyyəsində fənlərin sayının azaldılması, təmayül fənlərinin tədrisinə ayrılan həftəlik dərs saatlarının miqdarının nəzərəçarpacaq dərəcədə artırılması və beləliklə də təhsilinşagirdlərinmeylvə maraqları əsasında təşkili,həm şagirdlər, həm də valideynlər tərəfindən müsbət qarşılanır. Həmçinin təmayülləşmənin tətbiqi ilə repetitor xidmətindən istifadə hallarının tam olmasa da, qismən aradan qaldırılması ehtimalı yaranıb.
Bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanlarının mövcudluğu ilə bağlı təhsil naziri Ceyhun Bayramovun Təhsil İşçilərinin Respublika Konfransında səsləndirdiyi fikirlər isə təkcə məsələnin əhəmiyyətini yenidən qabartmayıb, prosesi daha da sürətləndirib. Nazir qeyd edib ki, təhsil qanunvericiliyində edilmiş son dəyişikliklər bütün məktəblər üçün yüksək nəticələr əldə etmək imkanları yaradıb. Bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var: "Eyni zamanda, şagirdlərin təhsillərinin növbəti pilləsində seçdikləri ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi, məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur. Bir çox yerlərdə çətinliklər nəzərə alınaraq, təmayül siniflərinin yaradılması üçün 20 deyil, 15 şagirdlə də formalaşdırılmasının qanunvericiliyə daxil edilməsi imkanları daha da genişləndirilir”.
Ekspertlər tərəfindən bu tip islahatlar təhsil sahəsində uğura gedən optimal yol hesab olunur. Bununla belə, problemlər də yox deyil. Təmayülləşmənin zərurətdən yarandığını deyən Əməkdar müəllim Almaz Həsrətin fikrincə, indiyə qədər şəhər məktəblərinin təhsilinə, rayon və ya kənd məktəblərinin təhsilindən daha çox diqqət yetirilib: "Mərkəzə yaxın olan məktəblərdə təmayülləşmənin tətbiqinə, əlavə dərs saatları və hazırlıqlara daha çox diqqət ayrıldığına rəğmən, bölgə məktəblərini də unutmamalıyıq. Məlumatımız var ki, valideynlər, övladlarının müəyyən bir ixtisası dərindən mənimsəməsi üçün əlavə müəllim yanına və ya mərkəzə gətirirlər. Bunun da müqabilində bölgədə yaşayan ailə mərkəzə gələrək mənzil kirayələyir ki, övladını müəyyən liseydə və ya təmayüllü siniflərdə oxutdursun və istədiyi nəticəni əldə etsin. Həm məkan, həm vaxt dəyişikliyi və s. səbəblər ailə daxilində müəyyən çətinliklərin yaranmasına səbəb olur. Bu çətinliklərin də qarşısının alınması üçün nazir tərəfindən əhəmiyyətli fikir irəli sürülüb. Bu təşəbbüs bölgələrdə məktəblər daxilində təmayüllü siniflərin yaradılması ilə fənlərin tədrisinin daha çox keçirilməsinə diqqətin ayrılmasından ibarətdir”.
Ekspertin fikrincə, artıq bölgələrimizdə şagirdlərin gələcəyə hazırlanan bilik, bacarıq və potensialının artırılması üçün onların istəkləri də nəzərə alınır: "Onlar artıq Bakı şəhərinə və ya şəhər və rayon mərkəzlərinə axın etməyəcəklər. Öz oxuduqları məktəbdə və ya ona yaxın yerlərdə təmayül sinfinin yaradılmasından sonra seçimlərinə uyğun olaraq, təhsillərini davam etdirə bilərlər».
A.Həsrətin sözlərinə görə, təmayül siniflərinin yaradılmasında önəmli cəhətlər çoxdur: «Hər bir fənn insanın həyatında önəmlidir. Yəni bütün fənlərin öyrənilməsi və mənimsənilməsi vacibdir. Ancaq sırf ali məktəbə hazırlığa gələndə, əlavə yükləmələr olmasın deyə, onda təmayül sinfi şagirdlərin yükünün azalmasına kömək göstərəcək. Şəhər məktəblərində tətbiq olunan təmayül siniflərində olduğu kimi, bölgədəki məktəblərdə də şagirdlərinin seçəcəkləri ixtisaslara uyğun dərs saatlarının daha çox keçirilməsi, onlara köməklik göstərəcək”.
Qeyri-təmayül siniflərinə gəlincə, ekspert bildirir ki, texniki-peşə təhsilini seçən və ali təhsil almaq istəməyən şagirdlər təhsillərini bu siniflərdə davam etdirə bilərlər: "Ancaq öz qarşısına ali məktəbə daxil olmaq məqsədini qoyan şagirdlər isə təhsillərini təmayül siniflərində davam etdirə bilərlər. Bu, onların ixtisasına lazım olan fənnin daha dərindən öyrənilməsinə şərait yaradır ki, öz arzularına nail olsunlar».
Təhsil eksperti Qoşqar Məhərrəmov şagirdlərin təhsillərinin növbəti pilləsində seçdikləri ixtisasa uyğun olmayan fənlərin sayının azaldılmasını dünyada gedən tendensiya adlandırır: "İndi artıq dünyanın hər yerində orta məktəblərdə də bu tendensiya gedir. Dünya təcrübəsindən görürük ki, 8-ci sinif də daxil olmaqla, artıq şagirdlərin maraqları müəyyən olunur. Uşaqlar dil seçimini də özləri edir. 8-ci siniflərdə şagirdlərə fənn seçiminin verilməsini dəstəkləyirəm. Amma bunun son qərar olmasını dəstəkləmirəm. Yəni bir uşaq 8-ci sinifdə humanitar bir sahəni seçə bilər, amma 2 il sonra «dəyişmək istəyirəm» deyə bilər. Bu imkan ona verilməlidir ki, seçimini dəyişə bilsin. Bəzən olur ki, 8-ci sinifdə verilən qərar həyati əhəmiyyətli bir qərar kimi qəbul olunur və şagirdlərə sahələri dəyişmək fürsəti verilmir. Bu, tamamilə yanlışdır. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq məktəblərin də təcrübəsinə baxanda görürük ki, şagirdlərə, dil dərsləri, humanitar dərslər, kompüter texnologiyaları, dəqiq elmlər, riyaziyyat, o cümlədən, kimya, biologiya və fizika dərslərini seçməyi təklif edirlər. Yəni 8-ci sinfə qədər öyrədildikdən sonra seçimi şagirdlərə məcbur etmirlər. Fənləri şagirdlər özləri seçirlər. Ali məktəblərdə də tələbənin ixtisasına uyğun olmayan çoxlu sayda fənlər tədris olunur. Əslində, hər bir fənn öz-özlüyündə çox lazımlıdır, sadəcə, tələbənin oxuduğu ixtisasa uyğun olmalıdır”.
Ekspert hesab edir ki, insanların ixtisaslaşması dövrün tələbidir: " İndi ümumi tibb təhsilindən fərqli olaraq, hansısa spesifik sahəni, məsələn radiologiya, oftalmologiya, kardiologiya, cərrahiyyə sahələri və s. öyrədilir. Ümumi intellektual biliyə sahib olmağın yanında ixtisaslaşma, müəyyən sahələrə yönəlmə və digər sahələrə üz çevirmə artıq qaçılmaz bir durumdur. Amma ölkə üçün vacib olan fənlər də var. Bu, Azərbaycan tarixi, Azərbaycan dili və riyaziyyatdır. Bunlar orta məktəbin sonuncu sinfinə qədər bütün şagirdlərə məcburi olaraq tədris olunan fənlərdir. Belə də olmalıdır”.
Q.Məhərrəmovun fikrincə, təmayülləşmədə şagirdlərin marağının nəzərə alınması və seçim qarşısına qoyulması vacib təcrübədir: "Sadəcə, bunun praktikasında ehtiyatlı olmaq lazımdır ki, düzgün tətbiq olunsun. Bəzən olur ki, hər hansı bir yaxşı islahat ideya olaraq irəli sürülür, ancaq praktikada yanlış tətbiqlərlə qarşılaşır. Məsələn, təmayüllü siniflər meydana gətirildi. Şagirdlərin sırf bu məqsəd, yəni lazımsız fənlərdən qurtulması üçün təmayüllü siniflər yaradıldı. Təhsilalanlar sırf ixtisaslarına uyğun təmayülləşdi. Ancaq praktikada necə oldu? Məktəb rəhbərləri təmayüllü və təmayülsüz sinifləri görüb bəzən şagirdləri heç ixtisas qruplarına uyğun olmadan təmayül siniflərinə yönəltdilər. Hansı ki, o, həmin ixtisas qrupunu seçməyib. Təmayülsüz siniflərə isə dəcəl, məktəbdə ab-havanı pozan şagirdləri yerləşdirərək, onları sanki çıxdaş etmiş oldular. Bu isə Təhsil Nazirliyinin deyil, sırf məktəb direktorlarının atdıqları addımdır. Ona görə də, hər bir islahat planı məktəblərdə fəlsəfəsinə və məqsədinə uyğun tətbiq edilməlidir».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər