• cümə axşamı, 28 mart, 15:40
  • Baku Bakı 16°C

“Təhsilim gələcəyimdir” layihəsinin təlimləri başlayıb

21.11.22 17:00 456
“Təhsilim gələcəyimdir” layihəsinin təlimləri başlayıb

“Təhsilim gələcəyimdir” layihəsinin təlimləri başlayıb.  Oktyabr ayı ərzində Yevlax rayonunun Salahlı, Rüstəmli və Səmədabad kənd məktəblərində təlimlər keçirilib. İlk olaraq sosial işçi Sevinc Əliyeva və Nəsibə Kərimovanın təqdimatında hər üç məktəbdə müəllim və valideynlər üçün “Gələcəyə aparan körpü” adlı təlim baş tutub.

Medianews.az xəbər verir ki, təlimlərdə təhsilin əhəmiyyəti, uşaq hüquqları, erkən nigahın fəsadları və uşaqların təhsilində valideynlərin rolu mövzularına toxunulub, müzakirələr aparılıb. Eyni zamanda kənd məktəblərində Asəf Kərimovun təqdimatında “Mənim arzularım” adlı təlim baş tutub. Təlimlər zamanı “Mən Kiməm?”, “Gələcəyə məktub”, “Mən 20 il sonra” adlı masterklass keçirilib.

Keçirilən masterklasslar əsasən sosial rollar, fərd və şəxsiyyət mövzularını əhatə edib və eyni zamanda, valideyn və övlad rolunun xüsusiyyətləri haqqında informasiyanın ötürülməsi və dərki məsələlərini özündə ehtiva edir. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi üzrə qalibi elan olunub.

banner

Oxşar Xəbərlər