• cümə axşamı, 25 aprel, 21:11
  • Baku Bakı 21°C

Təhsil Problemləri İnstitutunda “Fəaliyyət Planı” müzakirə olundu

09.04.15 15:02 1075
Təhsil Problemləri İnstitutunda “Fəaliyyət Planı” müzakirə olundu
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası ilə əlaqədar institutun şöbə müdirlərinin iştirakı ilə növbəti toplantı keçirilib. Məqsəd Fəaliyyət Planının icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planında göstərilmiş və ARTPİ-nin görəcəyi işlər barədə məlumat və təkliflərin hazırlanmasıdır. ARTPİ beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən “Kaspi”yə verilən məlumata görə, institutun direktoru Qulu Novruzov Tədbirlər Planı sənədində göstərilmiş və birbaşa ARTPİ-nin iş fəaliyyətinə aid olan Strateji hədəflər, Fəaliyyət Planı üzrə institut tərəfindən görüləcək işlər, tədbirləri, icraçı struktur və bölmələri, irca müddəti, icraya cəlb olunan bölmələr barədə geniş məlumat verib. Belə ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planı sənədində göstərilmiş bəndlərin otuz birində ARTPİ bilavasitə icraçıdır. “Qırx iki bəndində isə institut icraya cəlb olunan qurumlar sırasındadır. İnstitutun aidiyyatı şöbələrinə sənəddə göstərilən müvafiq strateji hədəflərə uyğun olaraq tədbirlər görülməli, məlumat və təkliflər hazırlanmalıdır”.
ARTPİ tərəfindən keçiriləcək tədbirlərin planının hazırlanması ilə bağlı qeyd olunacaq mövzu və təkliflər ətrafında geniş müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər