• cümə axşamı, 25 aprel, 09:19
  • Baku Bakı 14°C

Təhsil Nazirliyində vətəndaşların qəbulu yanvarın 31-dək dayandırılır

06.01.21 15:30 356
Təhsil Nazirliyində vətəndaşların qəbulu yanvarın 31-dək dayandırılır
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 31 yanvar 2021-ci il tarixinədək fəaliyyətini dayandırır.
Təhsil NazirliyindənAPA-ya bildirilib ki, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.az, https://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.
Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (https://www.facebook.com/tehsil.gov.az,https://twitter.com/tehsilgovaz,https://www.instagram.com/edugovaz/, https://www.youtube.com/user/tehsilgovaz,@edugovazizləmək tövsiyə edilir.
banner

Oxşar Xəbərlər