• şənbə, 20 Aprel, 14:37
  • Baku Bakı 23°C

Təhsil naziri Emin Əmrullayev Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verdi

27.10.20 22:35 503
Təhsil naziri Emin Əmrullayev Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verdi

"Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi".
Trend-in məlumatına görə, bu sözləri Təhsil naziri Emin Əmrullayevin öz "Facebook" səhifəsində yazıb.
E.Əmrullayev bildirib: "Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!"
banner

Oxşar Xəbərlər