• çərşənbə, 24 Aprel, 12:37
  • Baku Bakı 27°C

Təhsil naziri: “Bütün imtahanlar bitdikdən sonra nəticələr barədə fikir bildirmək olar”

14.06.21 13:07 252
Təhsil naziri: “Bütün imtahanlar bitdikdən sonra nəticələr barədə fikir bildirmək olar”
"İmtahan prosesi hələ davam edir. Ümumilikdə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlarda bütün çətinliklər nəzərə alınıb. Bizdə hələ ki, ilkin təəssüratlar var”.
BunuAPA-ya açıqlamasında Təhsil naziri Emin Əmrullayev deyib.İmtahanların nəticələri barədə suala cavab olaraq nazir bildirib ki, bütün imtahan prosesi bitdikdən sonra nəticələr barədə fikir bildirmək olar: "Təbii ki, ən vacib məsələ ondan ibarətdir ki, bu çətin dövrdən hamı ilə birgə çıxmalıyıq. Bizi ən çox düşündürən uşaqların akademik nailiyyətləri ilə yanaşı onların sosial-psixoloji durumu da çox önəmlidir. Çünki bu müddət ərzində uşaqlar evdə qaldılar, bir-birləri ilə ünsiyyətdə olmadılar.
Bu səbəbdən də növbəti günlərdən "Yay məktəbi”ni təşkil etməyə çalışdıq. Burada əsas məqsəd uşaqlara hansısa fənni daha yaxşı öyrətmək yox, onları bir-biri ilə ünsiyyətdə saxlamaqdır. Bu anlamda məncə, görə biləcəyimiz işlər çoxdur. Amma yəqin ki, yay aylarının ortalarında bütün imtahanlar bitdikdən sonra nəticələr barədə fikir bildirmək daha düz olar. İndiki halda qarşımızda duran məqsəd pandemiya dövründə itmiş öyrənməni birlikdə bərpa etməyə çalışmaqdır. Bu yəqin ki, hamımızdan böyük səylər tələb edəcək”.

banner

Oxşar Xəbərlər