Tehranda güclü qar səbəbindən məktəblər bağlanacaq

Tehranda güclü qar səbəbindən məktəblər bağlanacaq

Təfsilat
17 Noyabr 2019, 09:45 624
İranın paytaxtı Tehranda şənbə günü yağan güclü qar səbəbindən noyabrın 17-də ibtidai və orta məktəblər bağlanacaq.
 
AZƏRTAC xəbər verir ki, İSNA agentliyinin əyalət qubernatoruna istinadla yaydığı məlumata görə, meteoroloji xidmət bazar gününə əlverişsiz hava şəraiti proqnozlaşdırır. Bu səbəbdən Tehranın bütün əyalətlərində ibtidai və orta məktəblərdə səhər və gündüz məşğələləri ləğv olunacaq.
 
Noyabrın 17-də də Tehranda qar, leysan və güclü külək gözlənilir. Havanın temperaturu səhər saatlarında mənfi bir dərəcəyədək enəcək.