• cümə, 19 Aprel, 10:55
  • Baku Bakı 13°C

Tehranda dəhşətli avtobus qəzası: 7 ölü, 26 yaralı

28.04.14 10:22 1010
Tehranda dəhşətli avtobus qəzası: 7 ölü, 26 yaralı
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 09:10-da Tehran şəhərində, Şəhid Şüştəri körpüsünün yaxınlığında olub.
Çetgər-Şəriəti marşrutu üzrə hərəkət edən özəl bir şirkətə məxsus olan avtobusun aşması nəticəsində 7 nəfər yerindəcə ölüb, 26 nəfər isə ağır xəsarət alıb. Ölənlərdən 5-i qadın, ikisi kişidir. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara qaldırılıblar. Hadisədən sağ qurtulan avtobusun sürücüsü isə saxlanılıb. Qəzanın baş verməsinin səbəbləri araşdırılır.
banner

Oxşar Xəbərlər