• şənbə, 20 Aprel, 08:47
  • Baku Bakı 14°C

Tehran təyyarə qəzasının tədqiqində iştirak etmək istəyən əcnəbi mütəxəssisləri salamlayır

10.01.20 10:08 473
Tehran təyyarə qəzasının tədqiqində iştirak etmək istəyən əcnəbi mütəxəssisləri salamlayır
"İran,vətəndaşları faciə qurbanları olan dövlətlərin nümayəndələrinin Ukrayna təyyarəsininqəzasının istintaqında iştirakını alqışlayır”.
APA"TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama ilə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi çıxış edib. Onun açıqlaması nazirliyin saytında dərc edilib.
"İran İslam Respublikası, vətəndaşları bu dəhşətli faciədə ölən ölkələrin mütəxəssislərinin araşdırmada iştirakını alqışlayır”, - deyə məlumatda deyilir.
Bundan əlavə, Musəvi Kanadanın Baş Naziri Castin Trüdonu, eləcə də digər dövlətləri aviaqəza ilə bağlı sahib olduqları məlumatları İranla paylaşmağa səsləyib.
Eyni zamanda, XİN rəsmisi "Boeing” şirkətini hadisənin istintaqında iştirak etmək üçün nümayəndə göndərməyə çağırıb.
banner

Oxşar Xəbərlər