• çərşənbə axşamı, 19 mart, 10:37
  • Baku Bakı 8°C

Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB

24.11.20 12:30 376
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Əhalinin süni tənəffüs aparatlarının funksiyalarını tam olaraq bilməməsi təbii sayıla bilər. Amma təəssüf ki, çox həkimlər də süni tənəffüs aparatlarının funksiyalarını, onların hansı hallarda istifadə edildiyini tam olaraq yaxşı bilmirlər.
Trend-in məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.
Onun sözlərinə görə, süni tənəffüs cihazları insana qoşulan kimi fayda vermir: "Süni tənəffüs cihazı bir möcüzə deyil. O, kiməsə qoşuldusa, həmin adam mütləq sağalacaq-belə deyil. Bu cihaz yalnız bir vasitədir ki, ağciyərlərə oksigen ötürülsün”.

banner

Oxşar Xəbərlər