• şənbə, 20 Aprel, 01:52
  • Baku Bakı 15°C

TƏBİB: Ölkədə son 9 ayda çarpayı fondu dəfələrlə artırılıb

02.12.20 14:16 373
TƏBİB: Ölkədə son 9 ayda çarpayı fondu dəfələrlə artırılıb
"Təəssüf ki, 1 ilə qədər vaxt keçməsinə baxmayaraq, koronavirusun peyvəndi hələ tapılmayıb”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva deyib.
O qeyd edib ki, insanlar hər kəsə bəlli olan çox sadə qaydalarla özlərini qorumalıdırlar: "Ölkədə son 9 ay ərzində çarpayı fondu dəfələrlə artırılıb. Səhiyyəsi ən inkişaf etmiş ölkələrdə belə çatışmazlıqlar mövcuddur. Tendensiya bu şəkildə davam edərsə, ölkəmizdə də bu çətinliklərlə rastlaşacağıq”.

banner

Oxşar Xəbərlər