• cümə, 29 Mart, 02:35
  • Baku Bakı 7°C

TƏBİB koronavirus testlərinin çatışmazlığı barədə iddialara münasibət bildirib

04.08.20 16:10 769
TƏBİB koronavirus testlərinin çatışmazlığı barədə iddialara münasibət bildirib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda COVİD-19 virusunun müəyyən edilməsi üçün istifadə edilən testlərin çatışmazlığı barədə yayılan məlumatlara münasibət bildirib.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Trend-ə bildirib ki, ölkədə test çatışmazlığı yoxdur. Testlərin götürülməsinə məsul olan qurumlara kifayət qədər test təqdim edilir.
Qeyd edək ki, sosial şəbəkədə bəzi poliklinikaların COVİD-19-a yoluxmada şübhəli xəstələr tərəfindən edilən çağırışlara getmədiyi və buna səbəb kimi testin olmadığı bildirilir.
Hazırda Bakıda COVİD-19 virusuna yoluxmada şübhəli bilinən xəstələrdən test analizləri yerli poliklinikalar tərəfindən götürülür. Pandemiya ilə əlaqədar poliklinikaların işinə nəzarət etmək səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.
banner

Oxşar Xəbərlər