• cümə axşamı, 28 mart, 22:16
  • Baku Bakı 13°C

Teatra maraq yaratmağa çalışanlar toplaşdı – BMM-də teatr müzakirəsi

04.06.19 17:24 865
Teatra maraq yaratmağa çalışanlar toplaşdı – BMM-də teatr müzakirəsi
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində"İntellekt Araşdırmalar Mərkəzi” İctimai BirliyininAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi"Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsiçərçivəsində Dəyirmi masa keçirilib.
Azadinform xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, müxtəlif teatrların Mətbuat xidmətinin rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənteatrşünas Elçin Cəfərovbildirib ki, Azərbaycan teatr məkanında piyarla bağlı vəziyyət ürəkaçan deyil, çünki bu gün ölkəmizdə teatrların piyar işi ilə ədəbi hissə müdirləri və mətbuat katibləri məşğul olur.
Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərovaqeyd edib ki, təmsil etdiyi qurum keçirilən tədbir, premyera və tamaşaların daha çox KİV-lərdə yayımlanmasına çalışır: "Bu tamaşalarda TV-lərin iştirakı təmin olunsun. Teatrların afişalarının əvvəlcədən elan xarakterli məlumatları sosial şəbəkələrdə yerləşdirilməsi məqsədəuyğundur. Biz də buna yardım göstəririk”.
Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltanəlavə edib ki, Azərbaycanda teatrlara meyl yoxdur ifadəsi düzgün deyil: "Biz Lənkəranda təşkil etdiyimiz bir festivalla bağlı elanlar payladıq. Sabahı gün mənə məlumat verildi ki, açıq kassadan 73 uşaq, 49 valideyn bilet alıb. Təxminən 130 nəfərə yaxın şəxs bilet alıb tamaşada iştirak edib. Belə olan halda necə demək olar ki, teatra meyl yoxdur?”.
İ.Soltan vurğulayıb ki, məktəblərə teatrların girişi bərpa edilməli, qadağa aradan qaldırılmalıdır.
Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri İlham Məmmədzadəçıxışında bildirib ki, bu sahədə dünyada olmayan şəffaflığı yaratmaq üçün belə bir təşkilat yaratdıq: "Düşünürük ki, Azərbaycanda olan mətbuat katibləri, ictimaiyyətlə əlaqələr mütəxəssisləri bir mərkəzdə birləşərək bu sahədə inkişafı və maarifləndirməni təmin edə biləcək. Teatrlara marağın artmasında ictimaiyyətlə əlaqələr mütəxəssislərinin üzərinə böyük yük düşür”.
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasovqeyd edib ki, teatrın cəmiyyəti qəflət yuxusundan ayıldıb və xalqın formalaşmasında, elmə, mədəniyyətə, gələcəyə irəliləməsində çox böyük rolu olub: "Bu gün Azərbaycanın qabaqcıl bir xalq olmasında teatr mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, teatra az gedirik, çox da maraqlanmırıq. Bu cür mövzulardan çıxış etmək sevindiricidir. Deməli, xalqda maraq yaratmağa çalışanlar və bunun üçün səy göstərənlər var”.




banner

Oxşar Xəbərlər