• cümə, 29 Mart, 12:34
  • Baku Bakı 14°C

"Teatr mənim üçün əsa rolunu oynayır" - Debüt

08.05.20 15:15 6399
"Teatr mənim üçün əsa rolunu oynayır" - Debüt
Elvin Mirzəyev: Bura özünü realizə etmək istəyən, potensialının mövcudluğuna inanan insanların motivasiya mənbəyidir
Onunla ilk dəfə Azərbaycanın, eləcə də Qafqazın fiziki məhdudiyyəti olan və olmayan aktyorlardan ibarət ƏSA Teatrında qarşılaşmışdıq. M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" komediyası əsasında hazırlanan "Paris partladı" tamaşasının məşq prosesi gedirdi. Burda hər qəbildən insanla rastlaşmaq mümkün idi. Kiçik bir otaqda bir araya gələn gənc aktyorların məkanına qonaq olmuşdum. Məşq prosesi gedən otaqda fiziki məhdudiyyət anlayışı ortadan qaldırılmışdı.
Rejissorun, yaradıcı heyətin gözündə hər kəs bütün imkanlara sahib aktyorlar idi. Yaranan mənzərə məndə o qənaəti yaratmışdı ki, gənclər istərsə, özlərinə bütün imkanları yarada bilər.
Bu günkü "Debüt" rubrikamızın qonağı da elə o dünyanın sakinidir. ƏSA Teatrı yaranandan burada irili-xırdalı bir çox obrazların öhdəsindən gələn Elvin Mirzəyev. O, öz dəst-xətti, səhnə plastikası ilə seçilir. Müsahibimi özəl edən isə boyunun kiçik olması deyil, böyük ürəyə sahib olmasıdır. O, boyunun qısa olmasını kompleks hesab etmir. Deyir ki, əsas qayə ona həvalə edilən obrazın əhatəli şəkildə səhnədə öz əksini tapmasıdır. Əgər boyunun kiçik olması ona səhnədə obraz yaratmağa maneçilik törətmirsə, burda heç bir çətinlikdən söhbət gedə bilməz.
Elvin Mirzəyev ƏSA Teatrında yaradıcı heyətin əslində bir ailə olduğunu, yeri gəldikdə bir amal uğrunda mübarizə aparmağı öyrəndiyini, əgər ortada bir məqsəd varsa, gecə-gündüz demədən çalışmağın zərurliyini deyir. Bildirir ki, əgər ortada bir istək varsa, bütün komanda fiziki qüsurların, əngəllərin, maddi-mənəvi çətinliklərin öhdəsindən gəlməyi bacarır. Onları güclü edən də bu birlikdir.


banner

Oxşar Xəbərlər