• cümə, 19 Aprel, 04:39
  • Baku Bakı 18°C

Tbilisidə kütləvi etiraz aksiyaları DİN-in binası qarşısında davam edəcək

24.06.19 10:30 395
Tbilisidə kütləvi etiraz aksiyaları DİN-in binası qarşısında davam edəcək
İyunun 23-də Tbilisidə parlamentin binası qarşısından keçirilən mitinqdə yeni qərar qəbul olunub.
AZƏRTAC xəbər verir ki, qərara əsasən etiraz aksiyası iyunun 24-də Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) qarşısında keçiriləcək.
Həmin gün aksiya iştirakçıları saat 14:00-da Birinci Respublika Meydanından avtomobillərlə nazirliyin binasına qədər yürüş edəcəklər. Daha sonra DİN-in qarşısında aksiya davam edəcək.
Aksiyada Daxili işlər naziri Qeorqi Qaxarianın istefası tələb olunacaq.
Aksiyanın təşkilatçıları avtomobili olan hər kəsi yürüşə qoşulmağa dəvət edib.
Məlumat üçün qeyd edək ki, iyunun 23-də keçirilən aksiyada Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs da iştirak edib.
Xanım siyasətçi jurnalistlərə müsahibəsində aksiyanın tələblərini dəstəklədiyini bildirib.
banner

Oxşar Xəbərlər