• cümə, 19 Aprel, 10:31
  • Baku Bakı 13°C

Tiflisdə Ermənistandakı gürcü monastırının vəziyyəti ilə bağlı etiraz aksiyası keçirilib

31.08.17 18:21 1086
Tiflisdə Ermənistandakı gürcü monastırının vəziyyəti ilə bağlı etiraz aksiyası keçirilib
Gürcüstanın hökumət administrasiyasının binası qarşısında Ermənistanda yerləşən qədim gürcü dini abidəsinin hazırkı vəziyyəti ilə bağlı aksiya keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, "Kartuli dzala” ("Gürcü gücü”) millətçi təşkilatının fəallarının keçirdiyi aksiyada Ermənistan tərəfindən Hucabi monastırının mənimsənilməsinə etiraz bildirilib. Etirazçılar Gürcüstan hökumətini adıçəkilən monastırın taleyinə biganə qalmamağa çağırıblar. Aksiyada "Hucabi Gürcüstanındır!", "Yaşasın Gürcüstan!" şüarları səsləndirilib.

Aksiya iştirakçılarının sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədinin demarkasiyası üzrə danışıqlar zamanı Hucabi monastırının Gürcüstana qaytarılması məsələsi qaldırılmalıdır.

Qeyd edək ki, Hucabi monastırı Gürcü Pravoslav Kilsəsinin ən böyük ziyarətgahlarından biridir. SSRİ dağılandan sonra Ermənistan sərhədi tədricən 400 metr irəli çəkərək monastırı mənimsəyib. Hazırda monastır məhv olmaq təhlükəsi altındadır.
banner

Oxşar Xəbərlər