• cümə, 26 Aprel, 22:24
  • Baku Bakı 22°C

Tarixə qızıl həriflərlə yazılmış qardaşlıq nümunəsi

10.06.21 16:15 234
Tarixə qızıl həriflərlə yazılmış qardaşlıq nümunəsi
Azərbaycan-Türkiyə münasibətləri tarixə qızıl hərflərlə yazılmış qardaşlıq nümunəsidir.
AZƏRTACxəbər verir ki, bunu Milli Məclisin deputatı Cəbi Quliyev deyib.
Onun sözlərinə görə, illərin sınağından çıxan bu münasibətlər Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən daha da inkişaf etdirilir.
Vətən müharibəsində Azərbaycanın işğal altındakı torpaqlarının erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək, sözün həqiqi mənasında, təmənnasız qardaşlığın təntənəsi idi. Nəinki biz, bütün dünya bu münasibətlərin necə sağlam təməllər üzərində qurulduğunun şahidi oldu.
Vətən müharibəsi dövründə Türkiyə Azərbaycana siyasi dəstək göstərdi. Beynəlxalq güclərin təzyiqlərinə baxmayaraq, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
C.Quliyev bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri Naxçıvan Muxtar Respublikasının həyatında da mühüm rol oynayıb. Prezident İlham Əliyev də muxtar respublikaya səfəri çərçivəsində keçirdiyi görüşlərin birində bu amili xüsusi vurğulayaraq deyib : "Naxçıvanın inkişafında, xüsusilə onun 1990-cı illərin əvvəllərində yaşanan böhranlı vəziyyətdən çıxmasında Türkiyə ilə olan əlaqələr, körpünün tikilməsi və bütövlükdə Türkiyədən alınan dəstək çox mühüm rol oynayıb”.
Qeyd edilib ki, "Naxçıvan türk-İslam dünyasına bir qapıdır” söyləyən ümummilli lider Heydər Əliyevin o vaxt Türkiyənin Baş naziri ilə imzaladığı birgə protokol nəticəsində muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərildi, regionun zəruri ehtiyaclarını ödəmək üçün 100 milyon ABŞ dolları həcmində kreditin ayrıldı. 1992-ci il mayın 18-də Muxtar Respublika Ali Məclisinin Sədri Ermənistanın Naxçıvana hərbi təcavüzünün dayandırılmasında Türkiyənin mühüm rol oynayıb. Həmin gecə Türkiyə hökuməti xüsusi bəyanatla çıxış edərək, 1921-ci il Qars müqaviləsinə əsasən, Naxçıvan haqqında söz sahibi, onun muxtariyyətinin qarantı olduğunu yenidən bütün dünyaya bəyan edəndən sonra dünyanın 57 dövləti Ermənistanın təcavüzkar hərəkətlərini pisləyib. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası ilə Türkiyə münasibətlərində yeni səhifə açılıb. Türkiyə ilə Azərbaycan arasında yeganə quru sərhəd bölgəsi olan Naxçıvan bu münasibətlərin təmərküzləşməsində mühüm rol oynayır. Qazanılan Qələbədən sonra Naxçıvanla yaranacaq quru yol əlaqələri ümumilikdə qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.
banner

Oxşar Xəbərlər