• cümə axşamı, 28 mart, 23:39
  • Baku Bakı 13°C

TAP konsorsiumu 2020-ci il üçün planlarını açıqlayıb

27.01.20 17:53 3032
TAP konsorsiumu 2020-ci il üçün planlarını açıqlayıb
2020-ci il Trans-Adriatik qaz kəməri (TAP) layihəsi üçün həlledicidir.
Bunu Trend-ə layihənin xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.
O bildirib ki, yaxın aylarda uzunillik gərgin işin kulminasiyası olacaq və istismar mərhələsinə keçid başlayacaq: "Biz ilk qazı Yunanıstan, Albaniya və dəniz vasitəsilə İtaliyaya nəql edəcəyik”.
Onun sözlərinə görə, 2019-cu ilin noyabrında boru kəmərinin Yunanıstan ərazisində 2 kilometrlik sahəsinin qazla doldurulmasından sonra, 2020-ci ildə konsorsium infrastrukturun mərhələli sınaqları və 878 kilometrlik boru kəmərində qaz nəqli ilə məşğul olacaq.
V.Veysəlov bildirib ki, ilkin olaraq boru kəmərində təzyiq 40 baradək yüksəldiləcək və bu da obyektin istifadəyə verilməsini başa çatdırmağa imkan verəcək. Bundan sonra təzyiq 65 bara çatdırılacaq. Bu, kommersiya əməliyyatlarının icra olunmasına imkan verəcək.
banner

Oxşar Xəbərlər