• cümə, 29 Mart, 18:39
  • Baku Bakı 14°C

TAP-ın işə salınması İtaliyanın qaz bazarına müsbət təsir göstərib

12.01.22 10:30 233
TAP-ın işə salınması İtaliyanın qaz bazarına müsbət təsir göstərib
Trans Adriatik Boru Kəmərinin (TAP) tam şəkildə fəaliyyətə başlaması ilə İtaliya Avropa qaz bazarındakı yerini gücləndirərək qonşu ölkələrə qaz satmaq imkanı əldə edib.
"Report”"La Repubblica”ya istinadən xəbər verir ki, bu məsələdə İtaliyada Avropanın başqa ölkələrinə nisbətən qazın daha ucuz olmasının böyük rolu olub. Milad bayramı günlərində İtaliya, hətta qonşu İsveçrə və Avstriyaya qaz ixrac edib.
Yerli qaz istehsalı hesabına öz ehtiyacının cəmi 3-4 faizini qarşılaya bilən İtaliyada qazın bu qədər ucuz olması TAP layihəsinin işə düşməsidir.
Ekspertlərin qənaətincə, bu, ölkə bazarında qazın 10 faizədək ucuzlaşmasını şərtləndirib.
Salento sahillərini Albaniya, Yunanıstan, Türkiyə ilə əlaqələndirən TAP buraya Azərbaycanda hasil edilən qazın ildə 8 milyard kubmetrini nəql edir.

banner

Oxşar Xəbərlər