• cümə, 19 Aprel, 20:35
  • Baku Bakı 24°C

TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor

16.01.21 15:15 417
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu buraxılış gücünün ildə 20 milyard kubmetrədək artırılmasını təklif etmək üçün iki ildən bir bazar sınaqları keçirəcək.
Kaspi.az xəbər verir ki, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati deyib.
O bildirib ki, sınaqlar Yunanıstan, Albaniya və İtaliyanın tənzimləyici orqanları tərəfindən təsdiq olunmuş qaydalar əsasında keçiriləcək.
İcraçı direktor xatırladıb ki, TAP bazar sınaqlarını hələ 2019-cu ilin iyulunda işə salıb:"Bazar sınaqlarının icbari olmayan mərhələsi artıq başa çatıb. İcbari mərhələ bu ilin iyulunda başlamalıdır". (Trend)
banner

Oxşar Xəbərlər