Tankçılarımız final mərhələsinə yüksəlib
"Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən "Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız final mərhələsinə yüksəlib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 5-də keçiriləcək final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Belarus komandaları ilə yarışacaq.