• cümə, 29 Mart, 15:16
  • Baku Bakı 14°C

Tanınmış ürək cərrahı “Məktəbdə...” layihəsinin qonağı olub

07.02.23 17:03 640
Tanınmış ürək cərrahı “Məktəbdə...” layihəsinin qonağı olub

“Məktəbdə...” layihəsinin növbəti görüşü Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı ürək-damar cərrahı, professor, Azərbaycan Respublikasının Əməkdar həkimi, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev olub.    

K.Musayev uşaqlıq illəri, məktəb həyatı, müəllimləri ilə bağlı xatirələrindən,    müəllimlərinin həyatındakı rolundan, seçdiyi peşədə uğur qazanmasına səbəb olan amillərdən danışıb. Qonaq peşəsinin məsuliyyəti, insan bədəninin ən həssas və mürəkkəb orqanı olan ürək üzərində əməliyyat icra edən cərrahdan tələb olunan  səriştə və bacarıqlar, ürəyi qorumağın fiziki və mənəvi tərəfləri barədə şagirdlərə məlumat verib.

Azərbaycan gəncliyinin gələcəyinə böyük ümidlər bəslədiyini bildirən K.Musayev məktəblilərə gələcək təhsil pillələri, ixtisas seçimi zamanı diqqət yetirməli olduqları məqamlarla bağlı tövsiyələr verib, şagirdləri düşündürən sualları cavablandırıb. 

Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

banner

Oxşar Xəbərlər