Tanınmış jurnalist əməliyyat olundu
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, Rey Kərimoğlu çənə nahiyəsində ağrılar olduğundan xəstəxanaya müraciət edib. R. Kərimoğluna tüpürcək vəzinin adenoması (xoş xassəli şiş) diaqnozu qoyulub. Əməliyyat bir qədər öncə başa çatıb və R. Kərimoğlu palataya yerləşdirilib.