• cümə, 29 Mart, 15:04
  • Baku Bakı 14°C

Tanınmış iş adamı evinin qarşısında qətlə yetirildi

14.01.15 09:26 1033
Tanınmış iş adamı evinin qarşısında qətlə yetirildi
Rusiyanın Kemerovo vilayətində tanınmış biznesmen, “Melkorm” müəssisəsinin sabiq direktoru yaşadığı binanın qarşısında qətlə yetirilib.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, 41 yaşlı Dmitri Rıjenkovun üzərində odlu silah yaraları olan meyiti səhər saat 8:35-də aşkarlanıb.
Bildirilir ki, onu gözləyən sürücüsü atəş səsləri eşitdikdən sonra biznesmenin yaralandığını görüb. Dərhal hadisə yerinə təcili tibbi yardım və polis çağırıb. Lakin yaralı təcili tibbi yardım gələnədək dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.
banner

Oxşar Xəbərlər