AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tanınmış idmançılarımız ruslara qarşı

Tanınmış idmançılarımız ruslara qarşı

İdman
19 Aprel 2013, 12:28 1229
Apasport.az saytının məlumatına görə, İsveçrənin Zuq şəhərində baş tutan yarışın II günündə Teymur Rəcəbov ilə Şəhriyar Məmmədyarov növbəti sınaq qarşısındadırlar.

Qrossmeysterlərimiz rusiyalı şahmatçılarla üz-üzə gələcəklər. Belə ki, Rəcəbov Sergey Karyakini, Məmmədyarov isə Aleksandr Morozoviçi sınağa çəkəcək.

Digər görüşlərdə isə Rüstəm Qasımcanovla Qata Kamski, Veselin Topalovla Peter Leko, Hikaru Nakamurayla Aniş Qiri və Ruslan Ponomaryovla Fabiano Karuana münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 11 turdan ibarət olacaq turnir aprelin 30-da başa çatacaq.

II tur
19 aprel

Rüstəm Qasımcanov (2709, Özbəkistan) - Qata Kamski (2741, ABŞ)
Veselin Topalov (2771, Bolqarıstan) - Peter Leko (2744, Macarıstan)
Hikaru Nakamura (2767, ABŞ) - Aniş Qiri (2727, Hollandiya)
Teymur Rəcəbov (2793, Azərbaycan) - Sergey Karyakin (2786, Rusiya)
Ruslan Ponomaryov (2733, Ukrayna) - Fabiano Karuana (2772, İtaliya)
Aleksandr Morozoviç (2758, Rusiya) - Şəhriyar Məmmədyarov (2766, Azərbaycan)

Xal durumu: Karuana – 1, Morozoviç – 1, Qiri, Topalov, Leko, Kamski, Məmmədyarov, Ponomaryov, Karyakin, Nakamura – 0,5, Rəcəbov, Qasımcanov – 0.