• çərşənbə, 24 Aprel, 04:32
  • Baku Bakı 14°C

Tanınmış futbolçuda koronavirus aşkarlandı

05.11.20 19:55 634
Tanınmış futbolçuda koronavirus aşkarlandı
Danimarka millisinin sabiq futbolçusu Yon Dal Tomasson koronavirusa yoluxub.
"Report"xəbər verir ki, hazırda İsveç "Malmö"sünə başçılıq edən 44 yaşlı mütəxəssisin analizinin nəticəsi müsbət çıxıb. Məlumatı klubun rəsmi saytı yayıb.
Xəstəliyi simptomsuz keçirən baş məşqçi dərhal karantinə alınıb.
Qeyd edək ki, 2020-ci ilin əvvəlindən "Malmö"nün sükanı arxasında olan Yon Dal Tomasson futbolçu karyerasında İngiltərənin "Nyukasl", Niderlandın "Feyenoord", İtaliyanın "Milan", Almaniyanın "Ştutqart" və İspaniyanın "Vilyarreal" klublarında çıxış edib.
banner

Oxşar Xəbərlər