• cümə axşamı, 18 aprel, 15:35
  • Baku Bakı 22°C

"Taliban" üzvləri Əfqanıstanda hava limanına hücum ediblər

26.05.19 11:10 472
"Taliban" üzvləri Əfqanıstanda hava limanına hücum ediblər
"Taliban" radikal hərəkatının üzvləri Əfqanıstanın Kandaqar əyalətinin hava limanına hücum ediblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə yerli polis rəisi Tadin Xan Açakzay deyib.
Polis rəisi bildirib: "Bu gün səhər taliblər Kandaqar aerodromuna reaktiv mərmi buraxıblar. Hücum uğursuz olub. Atəş açılan yer müəyyən edilib və orada daha bir reaktib mərmi aşkar edilib".
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı hücumla bağlılığı olan 3 nəfər saxlanılıb.

Bildirilir ki, hücum nəticəsində ölən və yaralanan olmayıb.
banner

Oxşar Xəbərlər