• cümə, 19 Aprel, 11:35
  • Baku Bakı 13°C

Taekvondoçularımız finala çıxdı

18.06.15 17:34 2307
Taekvondoçularımız finala çıxdı
Fəridə Əzizovadan sonra daha bir takvondoçumuz finala vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, kişilərin yarışında 80 kq çəki dərəcəsində Azərbaycanı təmsil edəm Milad Beiqi Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreira ilə üz-üzə gəlib. Qarşılaşma 6-2 hesabı ilə Azərbaycan idmançısının xeyrinə başa çatıb.
Qeyd edək ki, Milad Beiqi Harçeqani ilk qarşılaşmada Serbiya idmançısı Dmair Feyziçə 12-0 hesabı ilə qalib gələrək adını 1/4 final mərhələsinə yazıb. Harçeqani bu mərhələdə Böyük Britaniya idmançısı Muhammed Lutalo 17-5 hesabı ilə qalib gəlib.
*******
67 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Fəridə Əzizova finala yüksəlib. Lent.az-ın məlumatına görə, o, yarımfinalda isveçli idmançı Elin Johanssonla görüşüb. Hesab 5-2 Fəridənin xeyrinə başa çatıb. O, finala vəsiqə qazanıb.
Qeyd edək ki, Fəridə ilk görüşdə hollandiyalı Yoyse Van Baariniyə 2-0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Fəridə bu mərhələdə türkiyəli son olimpiya ikincisi Nur Tatarla üz-üzə gəlib. Fəridə 6-2 hesabı ilə Nur Tatar üzərində qələbə qazanıb.
banner

Oxşar Xəbərlər