• çərşənbə, 24 Aprel, 08:46
  • Baku Bakı 13°C

Taekvondoçulara olimpiada müjdəsi

30.04.14 15:05 1225
Taekvondoçulara olimpiada müjdəsi
2020-ci il Tokio Yay Olimpiya Oyunlarında taekvondo üzrə çəki dərəcələrinin sayı artırılacaq. Lent.az-ın məlumatına görə, bu barədə Ümumdünya Taekvondo Federasiyasının (WTF) prezidenti Çunqvon Çu açıqlama verib.
O bildirib ki, çəki dərəcələrinin sayının artırılmasına dair qərarı Beynəlxalq Olimpiya Komitəsi verir. Hazırda taekvondo növündə olimpiadalarda qadınlar və kişilər hərəyə 4 çəki dərəcəsində mübarizə aparırlar. Amma Tokio olimpiadasında həm qadınlar, həm də kişilər 5 çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Çunun sözlərinə görə, 2012-ci il London olimpiadasında taekvondo yarışlarının uğurla keçməsindən sonra onda belə inam yaranıb: “İnanıram ki, 2016-cı il Rio-de-Janeyro olimpiadasında olmasa belə, 2020-ci il Tokio olimpiadasında taekvondo növü üzrə çəki dərəcələrinin sayı artırılacaq”.
Qeyd edək ki, hazırda olimpiadalarda qadınlar 49 kq, 57 kq, 67 kq və 67 kq-dan yuxarı, kişilər isə 58 kq, 68 kq, 80 kq və 80 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparırlar.
banner

Oxşar Xəbərlər