AZE | RUS | ENG |

Tacikistanla Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Tacikistanla Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Tacikistanda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirənin Sammiti çərçivəsində Tacikistan və Türkiyə prezidentləri Emamali Rahmon və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.
 
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələr arasında siyasi, iqtisadi, ticarət, sosial, turizm, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Dünyada və regionda sülhün və sabitliyin qorunması, Əfqanıstan probleminin sülh yolu ilə həlli, terrorizm və ekstremizmlə birgə mübarizə sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
 
Tərəflər nəqliyyat, logistika, əmək miqrasiyası, təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.
Dövlət başçıları ölkələr arasında imzalanan sənədlərin həyata keçirilməsi, Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyətinin aktivləşdirilməsi, Tacikistan və Türkiyədə investorların və sahibkarların iştirakı ilə biznes-forumların keçirilməsi məsələlərini də müzakirə edib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287