Tacikistanda psixi xəstəlikdən əziyyət çəkən şəxs rus hərbçilərinə hücum edib

Tacikistanda psixi xəstəlikdən əziyyət çəkən şəxs rus hərbçilərinə hücum edib

Təfsilat
22 Sentyabr 2019, 14:30 89
Tacikistanda psixi xəstəlikdən əziyyət çəkən şəxsin hücumu zamanı 2 rus hərbçisi xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Agentliyi məlumatlandıran mənbənin sözlərinə görə, hadisə Xatlon vilayətinin inzibati mərkəzi Bohtar şəhərində baş verib. Şəhərin psixi xəstəlikdən əziyyət çəkən sakini Rusiyanın 201-ci hərbi bölməsinin iki hərbi qulluqçusuna bıçaqla xəsarət yetirib. Yaralı hərbi qulluqçular Düşənbədəki xəstəxanalardan birinə çatdırılıblar. Onların səhhəti haqqında məlumat verilmir.
Tacikistanın Daxili İşlər Nazirliyinin xəbərində bildirilir ki, hücum edən şəxs psixatrik dispanserdə qeydiyyatdadır.