• çərşənbə axşamı, 23 aprel, 14:10
  • Baku Bakı 24°C

Suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında münasibətlərin mühüm elementidir

30.05.20 13:00 483
Suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında münasibətlərin mühüm elementidir
Milli suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi Avropa İttifaqı (Aİ) ilə Şərq Tərəfdaşlığı ölkələri arasında münasibətlərin mühüm elementidir.
AZƏRTACxəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında bəyan edib.
O bildirib ki, daha təhlükəsiz və yekdil olan Avropa qitəsində birgə fəaliyyət göstərərkən Helsinkidə təsbit edilmiş prinsiplər unudulmamalıdır.
C.Borellin çıxışının mətni təşkilatınsaytdayerləşdirilib.
Qəribə işdir, Borell BMT Təhlükəsizlik Şurasında çıxış edərkən Nikol Paşinyanın dondurulmuş münaqişələrin təkcə ərazisi işğal edilmiş ölkəni deyil, həm də həmin ərazini işğal etmiş ölkəni, habelə işğal zonasındakı oyuncaq beşinci kolonları razı salan həlli variantı barədə mikroinqilab təklifini "nədənsə” xatırlamayıb. Yəqin ki, Avropa İttifaqı öz müqəddəratını təyin etmə prinsipinin başa düşülməsində Ermənistanda hələ "öz müqəddəratını təyin edən” Böyük Tiqran dövründən əldə edilmiş səviyyəyə "çatmayıb”.

banner

Oxşar Xəbərlər