• cümə, 29 Mart, 11:01
  • Baku Bakı 5°C

“Şüşə adam” da yığma karyerasını bitirdi

11.10.17 12:35 2390
“Şüşə adam” da yığma karyerasını bitirdi
Aryen Robben Hollandiya yığmasındakı karyerasını bitirdiyini elan edib.
Kaspi.az xəbər verir ki, Robben DÇ-2018-in seçmə mərhələsində İsveçlə keçirilən oyundan (2:0) sonra qərarını açıqlayıb. O, bu qarşılaşmada dubl edib. Robben qərarını belə izah edib:
"Mən nəyə qadir olduğumu sübut etmək istəyirdim. Hollandiya yığmasının heyətində bütün oyunlara məhz belə əhval-ruhiyyədə çıxmışam.
Getmək qərarı? Bu barədə çox düşünmüşəm. Hətta bunu daha əvvəl etmək istəyirdim, ancaq sonradan seçmə mərhələnin başa çatmasını gözlədim. "Şüşə adam” çox gözləməli oldu”.
Robbeni hələ "Bavariya”ya keçməzdən əvvəl, çox zədələndiyinə görə "şüşə adam” adlandırmışdılar.
O, Hollandiya yığmasında 2003-cü ildə debüt edib, 96 oyun keçirib, 37 qol vurub.
banner

Oxşar Xəbərlər