• şənbə, 20 Aprel, 11:39
  • Baku Bakı 14°C

Şuşada tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə tapşırılıb

22.06.21 14:38 358
Şuşada tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə tapşırılıb
Prezident İlham Əliyev məişət tullantıları ilə bağlı idarəetmə sahəsində bəzi məsələlərin tənzimlənməsi və "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Kaspi.az-ın məlumtına görə, Sərəncamda deyilir: Azərbaycan Respublikasında yaşayış məntəqələrinin abadlaşdırılması və ətraf mühitin qorunması dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsullarla təmin edilir. Bu çərçivədə tətbiq edilən tullantıların idarə edilməsi sistemi ətraf mühitin mühafizəsi standartlarına uyğun olmaqla, şəhərlərin ekologiyasının yaxşılaşmasına əhəmiyyətli təsir göstərir.
Ölkədə ekoloji tarazlığın mühafizəsi məqsədilə tullantıların idarə edilməsi sahəsində formalaşmış təcrübənin digər ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində reallaşdırılması atmosferə və ətraf mühitə mənfi təsirlərin azaldılması, resurslardan davamlı istifadə, habelə müasir ekoloji idarəetmə sisteminin inkişafı üçün geniş imkanlar yaradar.
Sərəncamda qeyd edilir ki, Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini "Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti həyata keçirsin.
Müəyyən edilir ki, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin və Şuşa şəhərinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması işlərini həyata keçirir.
Bakı şəhərinin ərazisində Qala qəsəbəsi istisna olmaqla əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması və "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılır.
Müəyyən edilir ki, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin saxlayıcısı funksiyalarını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
banner

Oxşar Xəbərlər