• şənbə, 20 Aprel, 16:26
  • Baku Bakı 23°C

Sürücü ona yol verməyən digər sürücünü bıçaqla qətlə yetirib

07.07.14 15:11 1243
Sürücü ona yol verməyən digər sürücünü bıçaqla qətlə yetirib
Bakıda 30 yaşlı kişi qətlə yetirilib. Bakı şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, iyulun 7-də Zabrat qəsəbəsi, Nizami küçəsində yaşayan, 1984-cü il təvəllüdlü Andrey Sibizov naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Orxan Mehdiyev tutulub.
Məlum olub ki, Zabrat yolunda tərəflər arasında mübahisə düşüb. Daha sonra bir-birinə yol verməyən sürücülər arasında əlbəyaxa dava olub. Məsələni ayırd etmək ücün Sibizov Mehdiyevə dalanların arasına keçməyi məsləhət görüb. Orxanı yerə yıxıb ona ardıcıl zərbələr endirən zaman təqsirləndirilən şəxs cibində gəzdirdiyi bıçağı çıxararaq onu vurub. Döş qəfəsindən bıçaq yarası alan Andrey Sibizov öz avtomobilinə əyləşərək hadisə yerindən 50 metr aralıda yerləşən evlərinə getməyə cəhd edir. Lakin xeyli qan itirdiyindən avtomobilində ölür. Faktla bağlı cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər