• cümə axşamı, 28 mart, 14:48
  • Baku Bakı 16°C

Suriyalılar evlərinə qayıtmağın sevincini yaşayırlar

21.11.19 15:03 434
Suriyalılar evlərinə qayıtmağın sevincini yaşayırlar
"Ölkəmizə qarşı terror təhdidini aradan qaldıracağıq. Yaradacağımız təhlükəsizlik zonası sayəsində suriyalı qaçqınların ölkələrinə qayıtmalarını təmin edəcəyik”. Kaspi.az-ın xəbərinə görə, bu fikirləriTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Sülh Çeşməsi” əməliyyatı ilə bağlı açıqlamasında deyib.
Suriyalılar artıq "Sülh Çeşməsi” əməliyyatı ilə terrordan təmizlənmiş təhlükəsiz bölgəyə qayıdırlar.Türkiyənin cənub sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başlatdığı "Sülh Çeşməsi” əməliyyatı nəticəsində suriyalılar vətənlərinə qayıdır.
İllərdir terror təşkilatlarının işğalı səbəbilə torpaqlarından didərgin düşən suriyalılar "Sülh Çeşməsi” əməliyyatı ilə YPG/PKK terror təşkilatından təmizlənmiş Tel Abyada qayıtmağın sevincini yaşayırlar.
Əməliyyat çərçivəsində YPG/PKK terror təşkilatından təmizlənən Tel Abyadda həyat normallaşır. Xalqın ehtiyaclarının ödənilməsi üçün demək olar ki, hər sahədə təmir-abadlıq işləri davam etdirilir. Türkiyənin cənub sərhədlərində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başladılan "Sülh Çeşməsi” əməliyyatı YPG/PKK terror təşkilatının zülmü səbəbilə doğulduqları torpaqları tərk etmək məcburiyyətində qalan suriyalılar üçün də evə qayıdış ümidi oldu.

İllərlə evlərindən didərgin düşən suriyalılar "Sülh Çeşməsi” əməliyyatı nəticəsində Tel Abyadın yaşayış üçün yararlı vəziyyətə gətirilməsilə ata-baba yurdlarına qayıtmağın sevincini yaşayırlar.
banner

Oxşar Xəbərlər