• şənbə, 20 Aprel, 17:58
  • Baku Bakı 23°C

Superkompüter AVRO-2020-nin finalı ilə bağlı proqnoz verdi

11.07.21 09:45 303
Superkompüter AVRO-2020-nin finalı ilə bağlı proqnoz verdi
Superkompüter İtaliya və İngiltərə yığmaları arasında baş tutacaq futbol üzrə Avropa çempionatının final oyununun nəticəsi ilə bağlı proqnozunu açıqlayıb.
"Report"xəbər verir ki, məlumatı "The Analyst" yayıb.
Hesablamaya görə, finalda İtaliya yığmasının meydandan qalib ayrılacağı ehtimalı 57,8 faizdir.
Qeyd edək ki, iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

banner

Oxşar Xəbərlər