• şənbə, 20 Aprel, 12:43
  • Baku Bakı 23°C

"Sumqayıtın iqtisadi inkişafı ekoloji problemlərin yaranmasına səbəb olur"

31.05.20 16:07 437
"Sumqayıtın iqtisadi inkişafı ekoloji problemlərin yaranmasına səbəb olur"
"Sumqayıt şəhəri son müddət ərzində böyük inkişaf yolu keçib. Dövlət başçısının Sumqayıta diqqəti sayəsində bu bölgə daha dinamik inkişaf edən bölgəyə çevrilsə də, müəyən problemlər hələ də qalır”.SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
Deputat söyləyib ki, Sumqayıtın iqtisadi cəhətdən inkişaf etməsi orada ekoloji problemlərin yaranmasına səbəb olur: "Belə ki, orada məişət tullantıları böyük ekoloji problemlərə gətirib çıxarır ki, bu da insanların haqlı nazarılığına səbəb olur. Bu baxımdan düşünürəm ki, Sumqayıtda tullantıların emal edilməsi zavodunun yaradılması istiqamətində addım atılarsa, o zaman bu məsələ həllini tapa bilər”.
banner

Oxşar Xəbərlər