Sumqayıt Narkoloji Dispanserinin binası əsaslı təmir edilib

Sumqayıt Narkoloji Dispanserinin binası əsaslı təmir edilib

Təfsilat
08 Dekabr 2019, 12:00 208
Sumqayıt şəhərində fəaliyyət göstərən səhiyyə müəssisələrinin daha biri əsaslı təmirdən sonra əhalinin xidmətindədir. Belə ki, 1986-cı ildən fəaliyyət göstərən Narkoloji Dispanserin binasının bütün otaqları yüksək səviyyədə təmir olunub, müasir avadanlıq və zəruri inventarla təchiz edilib.
 
AZƏRTAC xəbər verir ki, dekabrın 7-də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Narkoloji Dispanserdə yaradılan şərait və görülən işlərlə tanış olub.
Tibb müəssisəsinin kollektivi ilə görüşən şəhər icra hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər, yeni xəstəxana və tibb müəssisələrinin inşası, əsaslı təmir olunması Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar yaradır. Bu işlərin davamı kimi, 2 saylı Sumqayıt Şəhər Xəstəxanası tamamilə sökülüb və yaxın müddətdə onun yerində müasir xəstəxananın tikilərək şəhər sakinlərinin xidmətinə veriləcək.
 
Vurğulanıb ki, son illərdə şəhərin 1 nömrəli doğum evi, 1 və 2 nömrəli qadın məsləhətxanaları, 1 və 4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub, 1 və 2 nömrəli uşaq poliklinikaları, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb.