• cümə, 19 Aprel, 08:15
  • Baku Bakı 13°C

Sülh Platformasının Rusiyadakı səfiri Etnik Dialoq forumu təşkil edib

11.10.17 15:20 1516
Sülh Platformasının Rusiyadakı səfiri Etnik Dialoq forumu təşkil edib
Ermənistan-Azərbaycan Sülh Platformasının Rusiyadakı gənc sülh səfiri Tehran Hacıyev Volqoqradda keçirilən Etnik dialoq forumu təşkil edib.
Sülh Platformasının mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, forum 6-7 oktyabr tarixlərində keçirilib.
Forumda bütün millətlərin nümayəndələri, o cümlədən ermənilər və azərbaycanlılar iştirak ediblər. Foruma Sülh Platformasının nümayəndələri, gənc fəallar Hasmik Tsarukyan, Hamlet Qabrielian, Tiqran Vanesyan, Erik Ellaryan, Aygün Həsənova və digərləri qatılıblar. Forumda Sülh Platforması erməni və azərbaycanlı icmaların nümayəndələrinə təqdim olunub. Forumda iştirak edənlərin əksəriyyəti bu təşəbbüsə dəstək verib və maraqlarını ifadə edib.
Forum çərçivəsində həmçinin "Erməni cəmiyyəti” Koordinasiya Şurasının sədri Qayane Koçaryan ilə əməkdaşlıq imkanları müzakirə olunub. Görüşdə tərəflər əməkdaşlıq barədə razılığa gəlib.
banner

Oxşar Xəbərlər