• cümə axşamı, 28 mart, 19:49
  • Baku Bakı 13°C

Süd Yolunun mərkəzində parlaqlığı 97 faiz sönən nəhəng ulduz aşkarlanıb

12.06.21 13:45 284
Süd Yolunun mərkəzində parlaqlığı 97 faiz sönən nəhəng ulduz aşkarlanıb
Astronomlar Süd Yolunun mərkəzində parlaqlığı periodik olaraq 97 faiz sönən və bu səviyyədə təqribən bir il qalan nəhəng ulduz kəşf ediblər. Alimlər bunun səbəbini hələ ki izah edə bilmirlər. Qeyri-adi obyektin təsvirinə dair məqalə "Monthly Notices of the Royal Astronomical Society” elmi jurnalında dərc edilib.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu ulduzu Edinburq Universitetindən Sergey Koposov və onun həmkarları aşkar ediblər. Onlar VISTA teleskopunun son 17 ildə çəkdiyi fotoları xüsusi alqoritmin köməyilə tədqiq ediblər. Teleskop optik və infraqırmızı diapazonlarda eyni vaxtda işləyir ki, bunun nəticəsində Qalaktikanın mərkəzində toz topalarının altında qalmış obyektləri görmək mümkün olur. Alimlərin yaratdığı alqoritm parlaqlığı çox kəskin zəifləyən obyektləri izləyir. Bu yolla astronomlar yeni dəyişən ulduzları tapmağa çalışıblar. Belə obyektlərin "döyünməsi” nəticəsində alimlər uzaq obyektlərədək dəqiq məsafələri hesablaya biliblər.
Alimlərin diqqətini bu alqoritmin kəşf etdiyi VVV-WIT-08 obyekti cəlb edib. O, Oxatan və Əqrəb bürclərinin qovuşuğunda yerləşir. Müşahidələrə görə, bu nəhəng, qırmızı ulduzun parlaqlığı 2011-ci ilin ikinci yarısında birdən-birə 97 faiz zəifləyib. 2012-ci ilin ortasında astronomlar müşahidə ediblər ki, onun parlaqlığı əvvəlki halına qayıdıb. Alimlər bu müşahidəni qravitasiya linzalarının axtarışı üzrə layihənin (OGLE) məlumatlarından istifadə edərək yenidən yoxlayıblar. Həmin vaxt eyni sahəni müşahidə edən OGLE-nin də məlumatları VVV-WIT-08 obyektinin parlaqlığının sönməsini təsdiqləyib.
Alimlər bunun baş verməsi səbəbini və bənzər hadisənin nə vaxt təkrarlana biləcəyini dəqiq deyə bilmirlər.
Astronomlar güman edirlər ki, VVV-WIT-08 obyekti TYC 2505-672-1-in tam analoqudur. VVV-WIT-08 qırmızı nəhəngdən və ağ cırtdandan ibarətdir ki, nəhəng toz buludu ilə əhatə olunub. Bu qaz və materiya yığını ikinci ulduzu periodik örtür ki, nəticədə parlaqlıq, demək olar, sıfıra düşür. Belə "tutulma” təqribən 3,5 il davam edir.
banner

Oxşar Xəbərlər