Sual verir: Nəyə görə evdən çölə çıxa bilməməliyik?

Sual verir: Nəyə görə evdən çölə çıxa bilməməliyik?

İdman
22 Aprel 2019, 13:24 205

 "Çelsi”nin futbolçusu Qonsalo İquain tənqidə qarşı münasibətindən danışıb. 
 
Kaspi.az xəbər verir ki, İquainin açıqlamasından belə bəlli olur ki, o, tənqidi xoşlamır. Argentinalı futbolçu tənqid eşitməmək üçün evdən çölə çıxmadığını da etiraf edib: 
 
"Ünvanıma deyiləcək tənqidləri eşitməmək üçün evdən çölə çıxmamağa üstünlük verirəm. Elə insanlar var ki, fikirlərini olduqca sərt, kobud tərzdə deyirlər və bundan qətiyyən utanmırlar. 
 
Biz futbolçular kimisə öldürməmişik, çalışırıq ki, həmişə yaxı iş görək. Nəhayət,  biz, sadəcə, idmançıyıq. Nəyə görə evdən çölə çıxa bilməməliyik? 

İnsanlar həmişə bizim qazandığımız puldan danışırlar. Ancaq dostları pulla almaq olmaz. 14 il müddətində doğum günlərimi və Yeni ili müxtəlif insanlarla keçirmişəm. 
 
Mən də anamı görmək istəyirəm. Ancaq onunla görüşmək üçün təyyarə ilə 15 saat uçmalıyam. Tənqidçilər nəyi görür? Biz qol vururuq və buna görə pul qazanırıq? 
 
Onlar yalnız qol vuranda bizimlə hesablaşırlar. Bütün bu situasiya nəzarətdən çıxıb. Sosial şəbəkələrdə də tənqidlə üzləşirəm. Mən ən yaxşı liqalarda oynamışam, DÇ-də, Amerika kubokunda çıxış etmişəm. Ancaq buna baxmayaraq, tənqid olunuram”.