• cümə axşamı, 25 aprel, 20:40
  • Baku Bakı 21°C

Stoltenberq: Türkiyə NATO-nun vacib müttəfiqidir

24.01.20 10:45 678
Stoltenberq: Türkiyə NATO-nun vacib müttəfiqidir
Türkiyə NATO-nun vacib müttəfiqidir.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Davos İqtisadi Forumunda NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Y.Stoltenberq bildirib: "Biz Türkiyənin Şimali Atlantika Alyansında iştirakının vacibliyini dərk etməliyik. NATO Suriya və İraqla həmsərhəd olan Türkiyənin bazalarından və imkanlarından istifadə edir".
Baş katib qeyd edib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alma məsələsi NATO-nun həll etməli olduğu problemlərdən biri olaraq qalmaqdadır.
Onun sözlərinə görə, NATO bu məsələni Türkiyə və ABŞ prezidentləri ilə müzakirə edir.

banner

Oxşar Xəbərlər