• şənbə, 20 Aprel, 08:11
  • Baku Bakı 14°C

Stokholmda minlərlə insan etiraz aksiyası keçirib

15.12.19 10:00 513
Stokholmda minlərlə insan etiraz aksiyası keçirib
İsveçin paytaxtı Stokholmdaminlərlə insanetiraz aksiyası keçirib.
"Report" xəbər verir ki, bu barədə "Dagens Nyheter" nəşri bildirib.
Qeyd edilir ki, aksiyaçılar səhiyyə xərclərinin ixtisarına qarşı etiraz ediblər. Məlumata görə, tibb xərclərinin ixtisarı İsveç paytaxtının xəstəxanalarında həkimlərin işdən çıxarılmasına gətirib çıxaracaq.
Etirazçılar şəhərin mərkəzində - İsveç hökumətinin binası yaxınlığında toplaşıblar.
Nümayişçilərin sözlərinə görə, hazırda İsveç paytaxtının xəstəxanalarında tibbi personalın çatışmazlığı müşahidə olunur. Səhiyyə xərclərinin ixtisarı bu vəziyyəti daha da ağırlaşdıracaq.
banner

Oxşar Xəbərlər